ÇL: “Bəlkə də, bizim günümüz deyildi”
“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol UEFA Çempionlar Liqasında “İnter”lə oyunun nəticəsi (0:0) haqda danışıb.
Komanda.az “beİN Sports”-a istinadən xəbər verir ki, xorvatiyalı futbolçu 90 dəqiqə ərzində əla iş gördüklərini bildirib:
“Düşünürəm ki, “İnter”lə oyunun nəticəsindən razı olmalıyıq. 90 dəqiqə ərzində əla iş gördük, asan olmadı. Rəqibin xüsusiyyətlərini bilirdik və onun nə qədər güclü olduğundan xəbərdardıq. Ən azı bir qol vura bilərdik, amma alınmadı. Bəlkə də, bizim günümüz deyildi. İndi yaxşı dincəlməliyik. Bazar günü “Arsenal”a qarşı böyük oyunumuz var”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin