ÇL: Ən çox azarkeş “Qarabağ”ın oyununda olub

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Komanda.az xəbər verir ki, 12 matçda ümumilikdə 142 000-ə yaxın tamaşaçı iştirak edib.

Ən çox azarkeş Bakıda “Qarabağ” və İsveçrənin “Sürix” komandaları arasında keçirilmiş qarşılaşmada olub. Oyunu 30 782 azarkeş izləyib.

İkinci pillədə 29 654 azarkeşlə “Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan) oyunu yer alıb. İlk üçlüyü “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) matçı tamamlayıb – 20 459.

“Qarabağ” rəqibini 3:2 hesabı ilə məğlub edib. Cavab görüşü iyulun 27-də olacaq.

“Qarabağ”ın Polşa “Lex”i ilə keçirdiyi hər iki qarşılaşma 1-ci təsnifat mərhələsində ən çox futbol azarkeşinin iştirak etdiyi görüşlər olub. Poznanda 0:1 hesabı ilə uduzan Azərbaycan çempionu Bakıda rəqibini darmadağın edib – 5:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button