ÇL: Ən az maraq “Qarabağ”ın oyununa olub
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı məlum olub.
Komanda.az xəbər verir ki, 15 matçı ümumilikdə 101 799 tamaşaçı izləyib.
Ən çox izləyici “Astana” (Qazaxıstan) – “Dinamo” (Tbilisi, Gürcüstan) qarşılaşmasında qeydə alınıb. 1:1 hesabı ilə başa çatan görüşdə 27 328 tərəfdar olub.
“Qarabağ”ın Cəbəllütariqdə “Linkoln”ə 2:1 hesabı ilə qalib gəldiyi oyun siyahının sonuncu pilləsində qərarlaşıb. “Viktoriya” stadionundakı matçda tribunada 683 nəfər olub.
“Qarabağ”la “Linkoln” arasında cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin