Halk Avropaya qayıdır
Çinin “Şanxay SİPQ” klubunda forma geyinən Halk Avropaya qayıda bilər.
Komanda.az xəbər verir ki, 33 yaşlı hücumçu ilə “Espanyol” klubu yaxından maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Espanyol”un çinli prezidenti Çen Yan Şen Halkı İspaniyaya gətirməkdə maraqlıdır. “Espanyol” braziliyalı hücumçunu icarəyə götürmək niyyətindədir.
Daha əvvəl “Portu”, “Zenit” kimi klublarda forma geyinən Halk, 2016-cı ildə 55,8 milyon avroya “Şanxay SİPQ”-ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin