Hamşik ölkəsinə qayıdır – yeni klubu bilindi
Çinin “Dalyan İfan” klubunda çıxış edən Marek Hamşik karyerasını Slovakiyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 33 yaşlı slovakiyalı yarımmüdafiəçi “Slovan” klubuna keçəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Hamşikin yaxın zamanda “Dalyan İfan” klubu ilə müqaviləsini ləğv edəcəyi və Bratislava təmsilçisinə keçəcəyi qeyd olunub.
Hamşik 2007-2019-cu illər aralığında “Napoli”də çıxış edib. Yarımmüdafiəçi Slovakiya yığmasında 122 oyunda 25 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin