Balotelli çinlilərin çox böyük təklifindən imtina edib

İtaliya millisinin sabiq hücumçusu, hazırda “Sion”da (İsveçrə) çıxış edən Mario Balotelli bir vaxtlar Çindən gələn böyük təklifdən imtina etdiyini bildirib.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu həmin təklifin Səudiyyə Ərəbistanındakı hazırkı müqavilələrdən qat-qat yüksək olduğunu dilə gətirib:

“Mən Səudiyyə Ərəbistanından edilən təkliflərdən çox böyük olan Çindən gələn təklifdən imtina etdim. Sonra futbol oynamağı və “Marsel”də qalmağı seçdim”.

Balotelli 2022-ci ilin avqustunda Türkiyənin “Adana Dəmirspor” klubundan “Sion”a keçib. Tərəflər arasında müqavilənin müddəti 2024-cü ildə başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button