“Bavariya”nın hücumçusuna illik 25 milyon avro təklifi!
Almaniya Bundesliqasının son çempionu “Bavariya”nın futbolçusu Tomas Müller Çindən təklif alıb.
Komanda.az “Kicker”ə istinadən xəbər verir ki, Çin liqasında mübarizə aparan klublardan biri 29 yaşlı forvardı heyətinə qatmaq üçün hərəkətə keçib. Klub Müllerə illik 25 milyon avroluq təklif göndərib.
Müllerin Çin liqasında forma geyinmək üçün erkən olduğunu fikirləşdiyi və bu səbəbdən təklifdən imtina etdiyi bildirilir.
Münhen təmsilçisi ilə 2021-ci ilədək müqaviləsi olan alman futbolçu, son mövsümdə iştirak etdiyi 45 oyunda 9 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin