Çin Super Liqasında yeni qaydalar
Çin Super Liqasında oynayan legioner futbolçuların məvacibləri ilə bağlı yeni qaydalar tətbiq ediləcək.
Komanda.az xəbər verir ki, çempionatda iştirak edən əcnəbi futbolçuların məvacibinə limit qoyulacaq. Bu limit çempionatda növbəti mövsümdən tətbiq olunacaq. Hazırkı qaydalara görə, Super Liqada legionerlərin illik qazancı 3 milyon avrodan çox olmamalıdır. Növbəti mövsümdən isə hər bir klub legionerlərə ümumilikdə 10 milyon avrodan çox məvacib ödəyə bilməyəcək. Ümumilikdə isə klubların hər biri il ərzində 75,5 milyon avrodan artıq xərcləyə bilməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin