Çimərlik güləşi: Azərbaycan millisi 2 medal qazanıb

Çimərlik güləşi üzrə Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutan Dünya Seriyasının birinci mərhələsində 2 medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından Komanda.az-a verilən məlumata görə, 27 ölkənin mübarizə apardığı yarışda Azərbaycan təmsilçiləri 1 “gümüş” və 1 “bürünc” qazanıblar.

90 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov ardıcıl üç rəqibini məğlub edib və finala yüksəlib. Lakin o, həlledici görüşdə gürcüstanlı Dato Piruzaşviliyə minimal hesabla (2:3) uduzaraq, ikinci yeri tutub.

70 kq-da Ramiz Həsənov yarımfinalda uduzsa da, üçüncü yer uğrunda dueldə rumıniyalı Stefan Komanı sonuncu xal prinsipinə əsasən (2:2) üstələyib və bürünc medala sahib çıxıb.

Azərbaycanın digər güləşçisi Oyan Nəzəriani (+90 kq) isə 1/4 finalda mübarizəni dayandırıb.

Dünya Seriyasının ikinci mərhələsi 10-11 iyun tarixlərində Sinqapurda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button