Çimərlik güləşçilərinin Rumıniya sınağı

Sabah Rumıniyanın Timişoara şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsinə start veriləcək.

Komanda.az xəbər verir ki, iki gün davam edəcək yarışda 3 idmançımız mübarizə aparacaq.

Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Rəşid Babazadə (70 kq), Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) ölkəmizi təmsil edəcək.

Görüşlər hər gün Bakı vaxtı ilə 11:00-da başlayacaq. Sabah qrup mərhələsinin qarşılaşmaları keçiriləcək. Medallar uğrunda həlledici görüşlər isə iyulun 21-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button