
İnqilab Məmmədov DÇ-nin final mərhələsində
Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, noyabrın 21-dən dekabrın 14-dək Paraqvayda keçiriləcək dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb. Noyabrın 22-də keçiriləcək Braziliya – Oman görüşünün hakimi İnqilab Məmmədov olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin