
Azərbaycanlı referiyə beynəlxalq təyinat
Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, avqustun 16-dan 18-dək çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League) turnirinin görüşlərini idarə edəcək. Bu mərhələnin oyunları İtaliyanın Katanya şəhərində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin