
Azərbaycanlı FİFA referisinə beynəlxalq təyinat
Çimərlik futbolu üzrə azərbaycanlı FİFA referisi İnqilab Məmmədov beynəlxalq oyunlara təyinat alıb.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, Məmmədov iyunun 21-dən 30-dək Belarusun paytaxtı Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarına təyinat alıb.
Minsk-2019 2-ci Avropa Oyunlarında digər idman növləri ilə yanaşı, çimərlik futbolu üzrə də qarşılaşmalar keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin