
Azərbaycan millisinin super finaldakı rəqibləri bilindi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa super finalındakı rəqibləri məlum olub.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan millisi Bolqarıstan, Rumıniya və Çexiya komandaları ilə birgə eyni qrupda mübarizə aparacaq. Bu mərhələnin oyunları sentyabrın 5-dən 8-dək Portuqaliyanın Fiqueyra şəhərində keçiriləcək.
Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu Bolqarıstan yığmasına qarşı keçirəcək:
5 sentyabr
15:45 Bolqarıstan – Azərbaycan
6 sentyabr
15:45 Azərbaycan – Rumıniya
7 sentyabr
15:45 Azərbaycan – Çexiya
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin