
Azərbaycan millisi Portuqaliya və Almaniya ilə qarşılaşacaq
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində EBSL-2021 Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.
Komanda.az xəbər verir ki, millimizin seçmə mərhələdə qarşılaşacağı rəqiblər müəyyənləşib. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Azərbaycan millisi iyunun 17-də Portuqaliya, ertəsi gün Ukrayna, iyunun 19-da isə Almaniya komandası ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin