Azərbaycanlı referi dünya çempionatının yarımfinal oyununda
Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov Paraqvayda keçirilən dünya çempionatında yarımfinal mərhələsinin oyununa təyinat alıb.
Komanda.az FİFA-nın saytına istinadən xəbər verir ki, 36 yaşlı referi “Yaponiya” – “Portuqaliya” matçında üçüncü hakim olacaq. Qarşılaşmanı polşalı Lukas Ostrovski idarə edəcək.
Digər yarımfinal görüşündə İtaliya və Rusiya komandaları üz-üzə gələcək. Oyunlar bu gün keçiriləcək.
Qeyd edək ki, dünya çempionatının finalı dekabrın 1-də olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin