Məşhur futbolçu karyerasını bitirdi

Çili millisinin sabiq kapitanı Klaudio Bravo 41 yaşında karyerasını bitirdiyini açıqlayıb.

Komanda.az xəbər verir ki, çilili futbolçu sosial şəbəkə hesabındakı paylaşımında komanda yoldaşlarına, məşqçilərinə, azarkeşlərinə və ailəsinə dəstəyə görə təşəkkür edib:

“Peşəkar futboldan gedirəm, bu, ailə səviyyəsində müzakirə olunan, yaxşı düşünülmüş müdrik qərardır. Həyatımda vacib bir dövrü bitirməyin vaxtı gəldi. Mənə böyük məmnunluq bəxş edən bu mərhələ qədər uğurlu olacaq başqa bir ailə mərhələsinə başlamaq vaxtıdır”.

Bravo “Kolo-Kolo”, “Real Sosyedad”, “Barselona”, ​​“Mançester Siti”, “Betis” və “Çili” millisində çıxış edib. Onun karyerasında qazandığı 22 titulu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button