Ciddi zədədən xilas olub – “Yuventus”un qapıçısı

Futbol üzrə İtaliya A Seriyasının dördüncü turunun “Spetsiya” ilə matçını (2:0) zədə səbəbindən başa vura bilməyən “Yuventus”un qapıçısı Voyçex Şçesni ciddi zədədən xilas olub.

Komanda.az xəbər verir ki, aparılan tibbi müayinə sınığı və bağların ciddi zədələnməsini istisna edib. Bu barədə “Yuve”nin baş məşqçisi Massimiliano Alleqri mətbuat konfransında məlumat verib.

Sçesni “Spetsiya” ilə matçın ilk hissəsinin sonunda zədələnmişdi və həkimlərin köməyi ilə meydanı xərəkdə tərk edə bilmişdi. Onu 43-cü dəqiqədə qapıçı Mattia Perin əvəzləyib.

Sçesni 2017-ci ilin yayından “Yuventus”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button