“Futbolçu olduğuma görə mənə çox pul ödənildiyi üçün təəccüblənirəm”
ABŞ-ın “Los Anceles Qalaksi” klubunun şərəfini qoruyan Xavier Hernandes koronavirus pandemiyası ilə bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Çiçarito ləqəbli meksikalı futbolçu, bunları deyib:
“Ümid edirəm ki, bu pandemiya hər baxımdan üst səviyyədə olan insanların dərs almalarına kömək edəcək. Futbolçu olduğuma görə mənə çox pul ödənildiyi üçün təəccüblənirəm. Mən bir futbolçu kimi milyon dollarlar qazandığım halda, koronavirusla mübarizə aparan həkimlər və elm adamları maddi baxımdan heç nə qazanmırlar. Bu, doğru deyil”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin