ÇI: “Görək, hansı ölkəyə səfər edəcəyik?”

“Real”ın hücumçusu Rodriqo Goes UEFA Çempionlar Liqasının 1/4 finalının “Çelsi” ilə cavab matçını (2:0) dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, dubla imza atan futbolçu qol sevincindən danışıb:

“Çempionlar Liqasının bizə bu qədər təsir etdiyini hələ də anlaya bilmirəm. Amma deməliyəm ki, burada, həqiqətən, xüsusi bir şey var. İstənilən matçda yeganə ambisiyam komandama kömək etməkdir. Oynamaq, qollar vurmaq və çox sayda Çempionlar Liqası kuboku qazanmaq istəyirəm.

Öncədən qol sevincimi qazonda sürüşərək etmək istəyirdim. Lakin dizlərim zədəyə həssas olduğu üçün kumirim Kriştiano Ronaldonun qol sevincini kopyaladım. Dünyanın ən böyük klubunda çıxış etmək necə də xoşdur!

Xüsusilə bildirmək istəyirəm ki, Tibo Kurtua bir neçə epizodda bizi xilas etdi. İndi gözləmək vaxtıdır. Görək, hansı ölkəyə səfər edəcəyik? İngiltərəyə, yoxsa Almaniyaya?”

İki oyunun nəticəsinə əsasən, “kral klubu” London təmsilçisini 4:0 hesabı ilə məğlub edib və yarımfinala vəsiqə qazanıb.

“Real” növbəti mərhələdə “Bayern” – “Mançester Siti” cütünün qalibi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button