“Champions Chess Tour”: “Şah” turniri məğlubiyyətlə başa vurub
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının sonuncu mərhələsində növbəti görüşünü keçirib.
Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun yeddinci turunda Vyetnam təmsilçisi Le Kuanq Lyoma 1:3 hesabı ilə uduzub.
Məmmədyarov 8 şahmatçı arasında yarışı 6 xalla 7-ci yerdə başa vurub. Hazırkı dünya çempionu Maqnus Karlsen 20 xalla turnirin qalibi olub.
Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin