“Champions Chess Tour”: “Şah” sonuncu mərhələdə iştirak edəcək
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsində mübarizə aparacaq.
Komanda.az yarışın rəsmi “tvitter” hesabına istinadən xəbər verir ki, 37 yaşlı qrossmeyster turnirə qatılacaq səkkiz iştirakçıdan biridir.
Sonuncu raund 14-20 noyabrda keçiriləcək. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.
Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin