“Champions Chess Tour”: “Şah” Karlsenə də uduzub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının sonuncu mərhələsində növbəti görüşünü keçirib.

Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun 3-cü turunda dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

Matçın ilk üç partiyası norveçli şahmatçının qələbəsi ilə başa çatdığından sonuncu – 4-cü partiyaya gərək qalmayıb.

Hazırda 3 xalı olan Məmmədyarov turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Təcrübəli şahmatçı növbəti turda hindistanlı Ergaisi Arjun ilə üz-üzə gələcək.

Turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.

Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button