“Champions Chess Tour”: “Şah” hindistanlı rəqibinə məğlub oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının sonuncu mərhələsində növbəti görüşünü keçirib.

Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun 4-cü turunda hindistanlı Ergaisi Arjunla üz-üzə gəlib.

Məmmədyarov rəqibinə 1:3 hesabı ilə uduzub. Təcrübəli şahmatçı növbəti turda ABŞ-ı təmsil edən Uesli So ilə üz-üzə gələcək. “Şah” hazırda 3 xalla Arjunla birlikdə 7-8-ci yerləri bölüşdürür.

Turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.

Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button