“Champions Chess Tour”: “Şah” sonuncu mərhələdə mübarizəyə başlayır
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov bu gün “Meltwater Champions Chess Tour” seriyasının sonuncu mərhələsində mübarizəyə başlayacaq.
Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun 1-ci turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə qarşılaşacaq.
Tərəflər 4 qarşılaşmada münasibətlərə aydınlıq gətirəcəklər.
Turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının 8-ci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin