“Çelsi”nin baş məşqçisi oyunçusu haqda çox danışmamağı xahiş etdi
“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın müdafiəçisi Ris Ceymsin növbəti zədəsindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Düşünürəm ki, məşqçilər heyəti olaraq bizim və sizin Ceyms üçün edə biləcəyimiz ən yaxşı şey onun haqqında çox danışmamaqdır. Onun haqqında nə qədər çox danışırıqsa, ona bir o qədər təzyiq göstəririk. Nə qədər soruşursan, cavab verir, ona təzyiqlər olur. Təbii ki, o, oynayanda biz sevinirik, çünki bizə hər cür kömək edə bilər. İndi o, “yaralı”dır. Ancaq bu onun peşəsidir”.
24 yaşlı futbolçu zədə səbəbindən Premyer Liqada “Lester”lə oyunu (2:1) buraxıb. O, 2023/24 mövsümündə zədə səbəbindən Premyer Liqada cəmi 10 oyun, bu mövsüm isə 4 matç keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin