“Ceymsin hakimə qarşı etdiyi hərəkəti görmədim” – Poçettino
“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandanın futbolçusu Ris Ceymsin mümkün diskvalifikasiyası ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis Ceymsin hərəkətini görmədiyini bildirib:
“Nə olacağı barədə heç bir fikrim yoxdur. Mən sadəcə, Ceymsin komanda ilə birlikdə məşqlərə ən qısa zamanda başlamasını istəyirəm. Hakimlə bağlı vəziyyət barədə heç nə deyə bilmərəm. Çünki Ceymsin hakimə qarşı etdiyi hərəkəti görmədim”.
23 yaşlı müdafiəçi “Aston Villa” ilə oyunda (0:1) hakimə qarşı nalayiq davranışda ittiham olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin