Vardinin xanımı Runinin həyat yoldaşına 1,4 milyon funt sterlinq ödəməli olacaq

“Lester”in hücumçusu Ceymi Vardinin həyat yoldaşı Rebeka Vardi, sabiq futbolçu Ueyn Runinin xanımı Kolin Runiyə qarşı açdığı böhtan iddiasını uduzduqdan sonra ona 1,4 milyon funt sterlinq kompensasiya ödəməli olacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasındakı mübahisə 2019-cu ildə, Kolin Runinin şəxsi “instagram” məlumatlarının “The Sun” tabloidinə sızması ilə başlamışdı.

Kolin Runi şübhəli şəxs kimi yalnız Vardini seçmək üçün paylaşımlarının görünüşünü məhdudlaşdıraraq, saxta məlumatlar yerləşdirmiş və bu məlumatlar dərhal mətbuata sızmışdı. Hadisə sonradan Britaniya mediasında “Vagata Kristi” (Aqata Kristi+WAG) adı ilə tanınan məhkəmə işinə çevrilmişdi.

Rebeka Vardi ittihamları rədd edərək, Kolin Runini böhtana görə məhkəməyə vermişdi, ancaq 2022-ci ildə məhkəmə Kolinin xeyrinə qərar çıxarmışdı. Dünən məlum olub ki, Vardi 1,19 milyon funt sterlinqlik ilkin ödənişlə razılaşıb. Ancaq son məhkəmə qərarına əsasən, ümumi məbləğ 1,4 milyon funt sterlinqə qədər artırılıb.

Vəkil xərcləri və əlavə ödənişlərlə bağlı dinləmələr hələ davam edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button