Çexiya klubunun futbolçusu Avroliqa matçından sonra döyüldü
Çexiyanın “Slaviya” (Praqa) klubunun futbolçusu Ondrey Kudela Avropa Liqasının 1/8 finalında Şotlandiyada “Reyncers”i 2:0 hesabı ilə məğlub etdikləri cavab matçından sonra tuneldə döyülüb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçini yumruqla vuran şəxsin kimliyi məlum deyil. “Slaviya” klubu hadisədən sonra polis çağırıb və komanda mühafizə işçilərinin müşayiəti ilə avtobusa minib.
Kudelanın “Reyncers”lə matç zamanı rəqib futbolçu Qlen Kamaraya qarşı iqrçi ifadələr işlətdiyi iddia edilir. Qarşılaşmadan sonra “Reyncers”in baş məşqçisi Stiven Cerrard da Kamaraya qarşı irqçilik olduğunu deyib:
“Uşaqlar Kamaraya qarşı irqçilik olduğunu dedilər. Mən Qlenə inanıram. Ümid edirəm ki, UEFA bu məsələni araşdıracaq”.
“Slaviya” iki oyunun nəticəsinə görə (ilk oyun 1:1, cavab matçı 2:0) “Reyncers”i Avropla Liqasından kənarlaşdırıb.
Bizi Facebook-da izləyin