Çexiyalı futbolçu “Qarabağ”ın hədəfində
“Qarabağ” heyətini yeni futbolçuyla gücləndirmək niyyətindədir.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi “Sent-Mirren” klubunun qapıçısı Vaçlav Qladki ilə yaxından maraqlanır. Bu barədə Şotlandiyanın “The Scottish Sun” saytı məlumat yayıb.
Xəbərdə, “Qarabağ”ın çexiyalı qapıçıyla ciddi şəkildə maraqlandığı bildirilir. “Qarabağ” Qladki ilə razılaşacağı təqdirdə, ona “Sent-Mirren”də qazandığından çox məvacib verəcək.
28 yaşlı qapıçı ilə Rusiya “Spartak”ının, Qazaxıstandan bir klubun və iki İngiltərə Çempionşip təmsilçisinin maraqlandığı bildirilir.
2019-cu ilin yanvarından “Sent-Mirren”də çıxış edən Qladkinin transfer dəyəri 300 min avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin