Çexiyada futbolun bərpa tarixi məlum oldu – RƏSMİ
Koronavirus pandemiyasına görə dayandırılan futbol üzrə Çexiya çempionatının da taleyinə aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, turnirin davam etidirlməsinə qərar verilib. Bu barədə elita təmsilçiləri arasında səsvermə keçirilib. Klubların 13-ü mövsümün davam etdirilməsini istəyib. Yalnız 3 klub buna qarşı çıxıb – “Karvina”, “Opava” və “Zlin”.
Beləliklə, qarşılıqlı razılığa əsasən, Çexiya yüksək liqası mayın 23-dən etibarən davam etdiriləcək. İki aylıq fasilədən sonra ilk qarşılaşma “Teplitse” ilə “Slovan” arasında olacaq. Hansı ki, bu oyun 23-cü turdan təxirə salınmış yeganə qarşılaşma idi. Mayın 25-dən etibarən isə 25-ci turun qarşılaşmalarının keçirilməsi nəzərdə tutulur.
Bütün oyunlar azarkeşsiz keçiriləcək. Hər şey plan üzrə getsə, mövsümə iyulun 15-də yekun vurulacaq.
Fortuna Liqada 24 oyuna 58 xal toplamış Praqa “Slaviya”sı liderdi. “Viktoriya” 50 xalla ikinci, “Yablonets” 40 xalla üçüncüdü.
Bizi Facebook-da izləyin