Petr Çex ən yaxşı oldu – bu dəfə xokkeydə
Çexiyada buzüstü xokkeylə məşğul olan Petr Çex mükafatlandırılıb.
Komanda.az xəbər verir ki, “Qilford Feniks” klubunda forma geyinən keçmiş futbolçu yanvar ayının ən yaxşısı seçilib. Bu barədə “Qilford Feniks”in rəsmi saytı məlumat yayıb.
“Qilford Feniks”in üzvü Çex, Milli Xokkey Liqasının 2-ci divizionunda ayın ən yaxşı oyunçusu seçilib. Çex, 2019-cu ilin oktyabrından “Qilford Feniks” klubundadır.
38 yaşlı keçmiş qapıçı 2004-2015-ci illərdə “Çelsi”nin şərəfini qoruyub. O, karyerasını bitirdikdən sonra “zadəganlar”da texniki müşavir vəzifəsini yerinə yetirirdi. Çex, 124 dəfə də Çexiya milli komandasının formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin