Çexiya millisinin üzvü Ranyerinin komandasına keçib

“Xetafe”nin yarımmüdafiəçisi Jakub Jankto İtaliya klubu “Kalyari”yə keçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Çexiya millisinin üzvü ilə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Jankto başa çatan mövsümü icarə əsasında Çexiyanın “Sparta” klubunda keçirib, 16 oyuna çıxıb və bir qol vurub.

Xatırladaq ki, “Kalyari” 2023/24 mövsümündən etibarən İtaliya A Seriyasında mübarizə aparacaq. Klaudio Ranyerinin çalışdırdığı Sardiniya təmsilçisi bir illik fasilədən sonra yenidən A Seriyasına qayıdıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button