Çexiya millisinin Azərbaycanla oyunlar üçün heyəti məlum olub
Sentyabrın 19-da və 20-də Azərbaycanın futzal millisi ilə yoxlama oyunları keçirəcək Çexiya yığmasının heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, baş məşqçi Marek Kopeçki 14 futzalçıya dəvət göndərib. Onlardan ikisi qapıçıdır.
Qapıçılar: Mixal Hula, Adam Vondraçek
Oyunçular: David Drozd, Pavel Drozd, Havrda, Mixal Holi, Adam Knoblok, Tomaş Kaudelka, Kuçta, Kunstner, Maur, Mixal Seydler, Tomaş Vnuk, Radim Zaruba
Hər iki oyun Zlin şəhərində keçiriləcək və saat 21:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin