Çexiya millisində müvəqqəti baş məşqçi

Çexiya Futbol Assosiasiyası milliyə müvəqqəti baş məşqçi təyin edib.

Komanda.az xəbər verir ki, yığma Yaroslav Kestlə tapşırılıb.

Mütəxəssis Çexiya millisini noyabrın 13-də San Marino ilə yoxlama görüşünə və 4 gün sonra Cəbəllütariqlə keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin oyununa hazırlayacaq.

Komanda hazırda 13 xalla L qrupunda ikinci yerdədir.

Yaroslav Kestl daha əvvəl Çexiya millisinin baş məşqçisi vəzifəsində çalışmış İvan Haşekin köməkçilərindən biri olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button