Çexiya klubundan ayrılan futbolçu “Kəpəz”ə keçdi – Rəsmi
“Kəpəz” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycanın U-21 yığmasının sabiq üzvü Fərid Nəbiyevi transfer edib.
23 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Nəbiyev son olaraq Çexiynanın “Viktoriya” (Jijkov) klubunda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin