Çexiya klubu azərbaycanlı futbolçu ilə vidalaşdı
Azərbaycanlı futbolçu Fərid Nəbiyev Çexiyanın “Viktoriya” (Jijkov) klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə 15 futbolçunun növbəti mövsümdə bu komandanın uğurları üçün çalışmayacağı diqqətə çatdırılıb. Onlardan biri də azərbaycanlı hücumçudur.
“Viktoriya” geridə qalan mövsümdə Çexiyanın 2-ci divizionunda mübarizə aparırdı. Jijkov təmsilçisi 30 turda topladığı 18 xalla 16 kollektiv arasında sonuncu yeri tutub və aşağı liqaya düşüb. Bu üzdən də Fərid kimi, əksər futbolçular komandadan ayrılmağa qərar verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin