Çexiya – İngiltərə matçının ən yaxşı futbolçusu bəlli oldu
AÇ-2020-nin D qrupu çərçivəsində keçirilmiş Çexiya – İngiltərə matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, İngiltərə yığmasının sol cinah müdafiəçisi Bukayo Saka bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub.
Qeyd edək ki, Çexiya – İngiltərə matçı 0:1 hesabıyla başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin