
Çexiya – Azərbaycan oyununun hakimləri bilindi
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Çexiya – Azərbaycan oyununun təyinatları açıqlanıb.
Komanda.az xəbər verir ki, qarşılaşma Şimali Makedoniyadan olan hakimlər briqadasına tapşırılıb.
Oyunu FİFA referisi Yovan Kaçevski idarə edəcək. Ona Daniel Vasilevski ilə Aleksandar Gyorgyeski köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Krumislav Gyorgiev yerinə yetirəcək.
Oktyabrın 10-da Karvina şəhər stadionunda keçiriləcək Çexiya – Azərbaycan matçı saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


