Cerrardı Yunanıstan klubuna təklif ediblər
İngiltərəli mütəxəssis Stiven Cerrard Yunanıstanın “Olimpiakos” klubunun baş məşqçisi təyin oluna bilər.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Agentlər Afina klubuna 42 yaşlı mütəxəssisi təklif ediblər.
Cerrard hazırda bu posta əsas namizəd hesab edilir.
Cerrard son olaraq İngiltərədə “Aston Villa”nın “sükanı arxasında” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin