
Cerrarda yeni müqavilə təklif olunacaq
“Əl-İttifaq” baş məşqçisi Stiven Cerrardla müqaviləni uzadacaq.
Komanda.az “The Atletic”-ə istinadən xəbər verir ki, tərəflər arasında artıq bütün detallar razılaşdırılıb. İngiltərəli mütəxəssisin yeni sözləşməsinin müddəti 2 illik olacaq. Onun hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Cerrard 2023-cü ilin yayından “Əl-İttifaq”ı çalışdırır. Onun komandası 19 turdan sonra Səudiyyə Ərəbistanı çempionatında 8-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin