
Cerrard Səudiyyə Ərəbistanı klubunda – RƏSMİ
İngilis mütəxəssis Stiven Cerrard Səudiyyə Ərəbistanının “Əl-İttifaq” komandasının baş məşqçisi təyin edilib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Liverpul”un keçmiş yarımmüdafiəçisi və kapitanı məşqçilik karyerasına 2017-ci ildə Mersisayd klubunun gənclər komandasında başlayıb. 2019-cu ildə ingiltərəli mütəxəssis “Reyncers”i çalışdırıb, üç ildən sonra “Aston Villa”ya keçib. O, 2022-ci ilin oktyabrında “Aston Villa”dan istefaya göndəriləndən bəri işsiz idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin