
Cerrard Şotlandiya klubuna qayıda bilər
İngiltərə millisinin və “Liverpul”un sabiq yarımmüdafiəçisi Stiven Cerrard Şotlandiyanın “Reyncers” klubunda baş məşqçisi postuna qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis hazırda işsizdir və onun son klubu Səudiyyə Ərəbistanının “Əl-İttifaq”ı olub.
Qlazqo klubunun baş məşqçisi Filipp Klement bu gün komandanı tərk edib.
Cerrard 2021-ci ildə “Reyncers”lə Şotlandiya çempionu olub. Komanda Şotlandiya çempionatının cari mövsümündə 56 xal toplayaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Seltik”dən 13 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin