
Cerrard Şotlandiya klubunun təklifini rədd edib
İngiltərə futbolunun tanınmış simalarından olan Stiven Cerrard yenidən “Reyncers”in baş məşqçisi postunu tutmaqdan imtina edib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Şotlandiya təmsilçisi oktyabrın 9-da və 10-da sabiq çalışdırıcısı ilə danışıqlar aparsa da, Cerrard yaxın zamanda məşqçiliyə qayıtmaq niyyətində olmadığını bildirib.
“Liverpul”un və İngiltərə millisinin sabiq yarımmüdafiəçisinin sonuncu iş yeri Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubu olub. Cerrard həmin komandadan yanvarın sonunda ayrılıb.
“Reyncers” isə baş məşqçi Rassell Martinin istefasından sonra yeni çalışdırıcı axtarır. Komanda Şotlandiya Premyer Liqasında 7 turdan sonra turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



