Cerrard Polşa millisini çalışdıracaq?

“Liverpul”un keçmiş futbolçusu Stiven Cerrard Polşa millisini çalışdıra bilər.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, Polşa Futbol İttifaqı artıq 42 yaşlı britaniyalı ilə danışıqlara başlayıb. Cerrard özü də bu təklifi dəyərləndirməyi düşünür.

Polşa millisi 52 yaşlı mütəxəssis Çeslas Mixneviçlə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. Buna səbəb yığmanın DÇ-2022-dəki uğursuz çıxışı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button