Cerrard onun “Aston Villa”dan getməsini istəmir

“Aston Villa”nın baş məşqçisi Stiven Cerrard Filippe Koutinyonu gələn mövsümdə də komandasında görmək istəyir.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, Cerrard braziliyalı yarımmüdafiəçinin performansından razıdır və klub rəhbərliyindən futbolçunu saxlamağı xahiş edib.

“Aston Villa” Koutinyonu bu ilin yanvar ayında mövsümün sonuna kimi “Barselona”dan icarəyə götürüb. Amma müqavilədə futbolçunun satın alınması maddəsi də var. “Aston Villa” həmin maddədən yararlanaraq, Koutinyonu birdəfəlik transfer edə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button