Cerrard: “Əl-İttifaq”dan böyük hörmətlə ayrılıram”
“Əl-İttifaq”ın sabiq çalışdırıcısı Stiven Cerrard komandanın baş məşqçi postundan getməsinə münasibət bildirib.
Komanda.az Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı komandadan böyük hörmətlə ayrıldığını söyləyib:
“Kluba, futbolçulara və azarkeşlərə təşəkkür etmək istəyirəm. Mənə bu fürsəti verdiyiniz üçün təşəkkür edirəm. Mənim üçün yaxşı təcrübə oldu, burada çox şey öyrəndim. Klubdan böyük hörmətlə ayrılıram”.
Cerrard 2023-cü ilin yayından “Əl-İttifaq”ın baş məşqçi postunu tuturdu. O, Səudiyyə Ərəbistanı çempionatında işləməzdən əvvəl İngiltərədə “Aston Villa” və Şotlandiyanın “Reyncers” komandalarını çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin