
Cerrard həmyerlisini Səudiyyə Ərəbistanına aparmaq istəyir
“Liverpul”un ingiltərəli yarımmüdafiəçisi Cordan Henderson Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna keçə bilər.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Hendersonun transferini “Əl-İttifaq”ın ingiltərəli yeni baş məşqçisi Stiven Cerrard istəyir.
Cerrard iyulun əvvəlində “Əl-İttifaq”ın “sükanı arxasına” keçib.
Henderson 2011-ci ildən “Liverpul”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin