Cerrard daha 2 il “Əl-İttifaq”da
“Əl-İttifaq” baş məşqçisi Stiven Cerrardla müqaviləni uzadıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli mütəxəssisin yeni sözləşməsinin müddəti 2 illikdir.
Onun əvvəlki müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.
Cerrard 2023-cü ilin yayından “Əl-İttifaq”ı çalışdırır. Onun komandası 19 turdan sonra Səudiyyə Ərəbistanı çempionatında 8-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin