“Doku Sakadan yaxşıdır” – Keçmiş futbolçu

“Arsenal”ın sabiq futbolçusu Rober Pires keçmiş komandasının yarımmüdafiəçisi Bukayo Sakanın oyun səviyyəsindən danışıb.

Komanda.az “Wettbasis”-ə istinadən xəbər verir ki, fransalı sabiq futbolçu, “Mançester Siti”nin oyunçusu Ceremi Dokunun Sakadan yaxşı olduğunu bildirib:

“Bukayo Saka ardıcıllıq və təcrübə baxımından, xüsusən də, böyük oyunlarda müəyyən səviyyədə çatışmır. Ola bilsin ki, vacib olanda, xüsusən, Çempionlar Liqasında daha yaxşı olacaq. Ceremi Doku Sakadan yaxşıdır. O, texniki cəhətdən daha güclüdür, driblinqdə daha yaxşıdır və daha yaradıcıdır”.

“Arsenal” 3 turdan sonra 7 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü yerdədir. “Topçular” növbəti matçını sentyabrın 15-də “Tottenhem”ə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button